-
- 22-12-2021, 13:21
- 1 922
Bakıda pakistanlı kişi ilə yaşayan, fahişəliklə məşğul olan TƏRANƏNİN ŞOK ƏMƏLLƏRİ
Bakıda fahişəliklə məşğul olduğu və digər qadınları da bu fəaliyyətə cəlb edildiyinə görə dəfələrlə tutulan Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Təranə Babayeva növbəti dəfə polis tərəfindən saxlanılıb.
News24.az xəbər verir ki, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən gecə klubunda Suraxanı polisi tərəfindən tutulan qadın barəsində aparılan araşdırmalar zamanı onun Bakıda və Türkiyədə qadınları fahişəliyə cəlb etməsi, görüş yerləri təşkil etməsi və sair əməlləri üzə çıxıb.
Daha əvvəl 3 dəfə polis tərəfindən saxlanılan və məhkəmənin qərarı ilə məhkum edilən, lakin islah olmayan Təranənin barəsində bu dəfə Cinayət Məcəlləsinin 144-1.2.1 (insan alveri - iki və ya daha çox şəxs barəsində törədildikdə), 144-1.2.2 (insan alveri - təkrar törədildikdə), 144-1.2.4-1 (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədilməsi), 144-3.4 (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) və 243.1-ci (fahişəliyə cəlb etmə) maddələri ilə iş açılıb.
İstintaq zamanı məlum olub ki, Təranə bacısı Nuranə ilə birlikdə illər əvvəl Cəlilabadda fahişəliyə başlayıb. Bir müddət sonra onlar Bakıya gəlib və burada fəaliyyətlərini genişləndiriblər. Təranə tanış olaraq birgə yaşadığı Pakistan vətəndaşının evində olarkən oraya təmizlikçi kimi gələn qadını, eləcə də gözəllik salonunda tanış olduğu qadınları aldadaraq Türkiyəyə aparıb. Onları restoranda gəlirli işə düzəldəcəyini vəd edərək Türkiyəyə aparan Təranə oradakı tanışları vasitəsilə həmin qadınların snədlərini əllərindən alıb və müxtəlif kişilərlə cinsi əlaqəyə girməyə məcbur edib. Təranənin əməllərindən şikayətçi olan N.N bildirib ki, Kütahyaya gedəndə fahişəliyə məcbur ediləcəyini bilməyib: “Məni Səlim adlı adam qarşılayıb evə yerləşdirdi, sonra sənədlərimi bəhanə ilə əlimdən aldılar və kişilərlə cinsi əlaqəyə girəcəyimi bildirdilər. Heç kimim olmadığı üçün, tək qaldığım üçün 4-5 gün ərzində hər gün 7-8 nəfərlə cinsi əlaqəyə girməyə məcbur oldum. Mənə hər görüşə görə 50 lirə verirdilər. O qədər çox cinsi əlaqəyə girirdim ki, 4-5 gündən sonra cinsiyyət orqanımda xəsarət yarandı və oranı tərk etməli oldum. Təranəyə dedim ki, Bakıya qayıdandan sonra başına oyun açacam. Oradan qaçıb başqa şəxsin yanına getdim və mənə Azərbaycana qayıtmağa kömək etdilər”.
İfadə verən digər qadın isə Təranənin onu İstanbulda fahişəliyə cəlb etdiyini deyib. Bundan başqa Təranənin Bakıda da müxtəlif qadınları tanış olduğu şəxslərlə pul müqabilində görüşdürməsi məlum olub.
Zərərçəkən kimi ifadə verən İrada Qədirova Təranənin onun rəfiqəsi olduğunu və başqa şəxslərlə görüşünü təşkil etdiyini deyib : “2017-ci ilin iyun ayının əvvəllərində “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən gözəllik salonunda Təranə ilə tanış olmuşam. Təranə ilə tanış olduğum zaman Təranənin qadınları fahişəliyə cəlb etdiyini, mənim istədiyim halda məni də cinsi əlaqədə olmaq üçün tanıdığı müştərilərə təqdim edə biləcəyini bildirdi. Maddi cəhətdən vəziyyətim yaxşı olmadığından razılaşdım. Bir müddət sonra Təranə telefon əlaqəsi saxladı və yaxşı müştərisinin olduğunu dedi. Təranə həmin müştərinin bizi Pirşağı qəsəbəsində dəniz kənarında gözlədiyini və mənimlə cinsi əlaqədə olmaq üçün 100 manat pul verəcəyini bildirdi, mən də razılaşdım. Sonra Təranə taksi ilə Bakıxanov qəsəbəsində yaşadığım evin yaxınlığına gəlib məni apardı. Birlikdə Zabrat qəsəbəsinə getdik. Orada Mehman ağrəngli cip maşını ilə gəlib bizi Pirşağıya apardı. Pirşağı qəsəbəsində yerləşən dəniz qırağındakı çimərlikdə qamış otaqda Mehmanla pul müqabilində cinsi əlaqədə oldum. Mehman mənə 100, Təranəyə isə 50 manat verdi. Sonra Təranə ilə bir qədər dəniz qırağında qaldıqdan sonra evə qayıtdıq”.
Məhkəmədə digər zərərçəkən və şahidlər Təranənin əməlləri barədə danışıblar.
Təqsirləndirilən şəxs isə heç kimi pul qarşılığında fahişəliyə cəlb etmədiyini, həmin qadınların rəfiqəsi olduğunu və onların öz sevgililəri ilə öz razılıqları əsasında cinsi əlaqədə olduğunu bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsi daha əvvəl dəfələrlə oxşar əməllər törətmiş qadını bu dəfə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.