Ötən gün 18 nəfər TOYLARA BURAXILMADI
    • 25-12-2021, 10:23
    • 354

Ötən gün 18 nəfər TOYLARA BURAXILMADI

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 301 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən News24.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində 18 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.