Azərbaycanda orta məktəbdə BİABIRÇI HADİSƏ – 5-ci sinifdə oxuyan qızı soyundurdu və...
    • 25-12-2021, 12:39
    • 2 123

Azərbaycanda orta məktəbdə BİABIRÇI HADİSƏ – 5-ci sinifdə oxuyan qızı soyundurdu və...

Xızı rayonunda yerləşən orta məktəblərdən birində 5-ci sinifdə oxuyan qıza qarşı əxlaqsız hərəkətlər etmiş rayon sakini, 1961-ci il təvəllüdlü Xıdır Almuradov barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər - 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə istintaq zamanı Xızıda yerləşən dəmiryolu stansiyasında elektrik mantyoru vəzifəsində çalışan və həmin məktəbdə təsərrüfat şöbəsinin müdiri olan M.A-nın həyat yoldaşı Xıdır Almuradovun məktəbdə bu ilin aprel-iyul ayları ərzində tanışının 5-ci sinifə oxuyan qızı B.B-yə qarşı dəfələrlə əxlaqsız həkəkətlər etməsi, uşağı müxtəlif bəhanələrlə aldadaraq təsərrüfat otağında və sinif otağında onu soyunduraraq bədəninin müxtəlif hissələrindən öpməsi və digər əxlaqsız hərəkətlər etməsi məlum olub. Azyaşlı qız kənddə qonşuluqda yaşayan və atasının, eləcə də digər ailə üzvlərinin tanıdığı Xıdırın onunla etdikləri barəsində bibisi qızına danışmasından sonra hadisənin üstü açılıb. Təsərrüfat müdirini əvəz edən ərinin hərəkətləri barədə Daxili İşlər və Təhsil Nazirliyinə müraciət edilib.

Bundan sonra Xıdır Almuradov həbs edilib, onun həyat yoldaşı da məktəbdəki vəzifəsindən uzaqlaşdırılıb. Dekabrın 22-də Xızı rayon Məhkəməsində X.Almuradov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmədə təqsirləndirilən şəxs hərəkətlərinin yanlış anlaşıldığını, bir baba kimi B.B-ni əzizlədiyini ona A4 kağızları verərək şəkillər çəkdirdiyini, xərcləmək üçün hər dəfə 1 manat verdiyini, çox istədiyi üçün bir neçə dəfə üzündən və bədənindən öpdüyünü deyib.

Qanuni nümayəndənin iştirakı ilə ifadə verən 12 yaşlı B.B isə baş vermiş bütün hadisələri danışıb. O, qorxduğu və utandığı üçün Xıdırın əməlləri barədə daha əvvəl heç kimə danışmadığını, daha sonra Bakıda yaşayan bibisi qızına bu barədə dediyini, onun da öz növbəsində anasına məlumat verdiyini deyib. Azyaşlı qız Xıdırı, onun həyat yoldaşını və nəvələrini daha əvvəldən tanıdığını, onların evinin kənddə təxminən 100-150 metr aralıda yerləşdiyini eyib.

İfadə verən digər şəxslərin dedikləri də X.Almuradovun azyaşlıya qarşı əməllərini təsdiq edən fikirlər bildiriblər.

Xızı rayon Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə keçirilən prosesin yekununda Xıdır Almuradov Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.