-
- 28-12-2021, 17:41
- 536
Yas mərasimlərinin keçirilməsinə yalnız bu zaman icazə verilə bilər
"Biz cari ildə böyük məhdudiyyətləri aradan qaldırdıq. Hazırda çox az sayda məhdudiyyət qalıb. Yas mərasimlərə də bu siyahıya aiddir. Bütün qərarlar elmi əsaslarla verilir. Toylarda nəzarətin qoyulması daha asandır. Yas mərasimlərində bu mexanizmi idarə etmək isə daha çətindir. Yas mərasimlərində yoluxma halı daha sürətli baş verə bilər".
News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, Omikron ştammı Azərbaycana gəlib-gedəndən sonra yas mərasimlərinə baxıla bilər.