"Toylarda say məhdudiyyətinin artırılması müzakirə olunmur" - OPERATİV QƏRARGAH
    • 28-12-2021, 17:53
    • 406

"Toylarda say məhdudiyyətinin artırılması müzakirə olunmur" - OPERATİV QƏRARGAH

Toylarda say məhdudiyyətinin artırılması müzakirə olunmur. 150 nəfərlik məhdudiyyət şənliyin yaxşı keçməsinə və koronavirusla mübarizənin effektiv olmasına şərait yaradır".

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.