Vaksin sertifikatı bu halda müddətsiz olacaq
    • 28-12-2021, 17:51
    • 436

Vaksin sertifikatı bu halda müddətsiz olacaq

"Buster dozadan sonra vaksin sertifikatı artıq müddətsiz olur və məhdudiyyət qoyulmur. Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da məhdudiyyət tətbiq edilsin. Ancaq hələ ki, belə qərar yoxdur".

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, maskalarla bağlı hər hansı bir yumşalma nəzərdə  tutulmayıb.