Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbənin necə imtahan verəcəyi açıqlandı
    • 28-12-2021, 18:45
    • 449

Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbənin necə imtahan verəcəyi açıqlandı

Təhsil Nazirliyi üzrlü səbəb olduqda tələbənin necə imtahan verəcəyi məsələsinə aydınlıq gətirib.

News24.az-ın məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir: "Digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı Ali təhsil müəssisələrində tədrisini təşkilinə dair qaydalara uyğun olaraq müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərti ilə müəyyənləşdirilir".