"Tələbənin bir neçə fənndən akademik borcu olarsa..." - ŞƏRTLƏR AÇIQLANDI
    • 20-05-2020, 13:10
    • 851

"Tələbənin bir neçə fənndən akademik borcu olarsa..." - ŞƏRTLƏR AÇIQLANDI

Əgər tələbənin imtahan sessiyasında bir və ya bir neçə fəndən akademik borcu olarsa, tələbəyə həmin fənlərdən təkrar imtahan vermək şansı veriləcək.

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov deyib.

O bildirib ki, əvvəllər tələbə maksimum 2 fəndən imtahan verə bilərdi. Yəni, əvvəl 6 fəndən 4 kəsir olurdusa, sessiya sonunda növbəti semestr başlayana qədər yalnız 2 fəndən imtahan vermək şansı verilirdi: “Pandemiya ilə əlaqədar ola bilər ki, tələbə yaxşı hazırlaşa bilməsin. Hətta 6 fənni varsa, hamısından kəsilirsə, o, ödənişsiz şəkildə imtahan verə bilər. Əvvəl 25 faiz ödəniş edilməli idi. İndiki dəyişikliyə görə, bu məhdudiyyət aradan qaldırılıb, tələbənin neçə fəndən kəsiri varsa, imtahanda iştirak edəcək. Tələbənin əvvəlki kurslardan kəsiri qalıbsa, burada məhdudiyyət olacaq və o, 2 fəndən imtahanda iştirak edə biləcək.

Əgər tələbə düşünürsə ki, imtahan sessiyasına hazır deyil, onlayn dərslərdə iştirak edə bilməyib, ona əlavə icmal dərsləri təşkil olunmalıdır, bu məsələ də nəzərə alınacaq. Həmin tələbə üçün 2-3 həftəlik icmal dərsləri təşkil oluna bilər. Tələbə imtahanda iştirak edə bilməyəcəksə, bunu ali təhsil müəssisəsinə bildirməlidir. Tələbə sonradan həmin fəndən rahat imtahan da verə bilər”.