Ombudsman onların gözünü yolda qoymadı – VİDEO/FOTO
    • 30-12-2021, 15:17
    • 877

Ombudsman onların gözünü yolda qoymadı – VİDEO/FOTO

İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyeva qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində məhbusları ziyarət edib. O, yeniyetmələrin şəraiti, problemləri ilə maraqlanıb. 

S.Əliyeva yetkinlik yaşına çatmayanların asudə vaxtlarında hazırladıqları əl işlərini qiymətləndirib. 

"Liatris Holding”in və Ombudsman aparatının birgə təşkilatçılığı ilə yeniyetmələrə bayram sovqatı və üst geyimləri hədiyyə olunub.

Ombudsman Səbinə Əliyeva təəssüratlarını News24.az-a bölüşüb: “Çox sevindirici haldır ki, tərbiyə müəssisəsində cəza çəkən bir neçə uşağa ölkə başçısının humanist addımlarından biri olan amnistiya aktı şamil olunub. Bəzi uşaqlar artıq azadlıqdadır, Yeni ili ailələri ilə birgə keçirəcəklər. Biz buna görə müzəffər Ali Baş Komandana təşəkkür edirik.

Bu müəssisədə uşaqların islah olunması və öz bacarıqlarını üzə çıxarması üçün hər şərait təmin olunub. Onlar buradan çıxdıqdan sonra cəmiyyətə faydalı gənclər olaraq öz töhfələrini verəcəklər. Harada olmasından asılı olmayaraq, bizim istedadlı uşaqlarımız var”.

Məhərrəm Əliyev 
Foto: Teymur Məmmədov 
Video/Nuran Məmmədov