Brüs Linin müəllimi Bakıda master-klass keçir
    • 28-11-2018, 14:55
    • 933

Brüs Linin müəllimi Bakıda master-klass keçir

Vin-çun döyüş sənətinin ustası, əfsanəvi Brüs Linin müəllimi Samuel Kvok Bakıdadır.

S.Kvok üç gün müddətində arzu edənlər üçün seminarlar keçirəcək.

Birinci gün master-klassda 183 böyük və 76 gənc idmançı iştirak edib. 

“Mən Azərbaycana tez-tez gələcəyimə söz verirəm. Əminəm ki, vin-çun sizin ölkənizdə tez inkişaf edəcək. Azərbaycanda idmana böyük diqqət yetirilir”, - S.Kvok bildirib. 

Xatırladaq ki, vin-çun Çinin uşu məktəbinin istiqamətlərindən biridir. 

//Oxu.az