Cəlilabadda cinayət törədən qardaşlar SAXLANILDI
    • 26-09-2019, 13:17
    • 750

Cəlilabadda cinayət törədən qardaşlar SAXLANILDI

Cəlilabad rayon sakinini bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulub.

Polis əməkdaşları tərəfindən S.Əliqinin yaşadığı Uzuntəpə kəndindəki evə baxış zamanı 6,205 qram marixuana aşkar edilərək götürülüb.

Görülmüş tədbirlərlə S.Əliqiyə narkotik vasitəni vermiş şəxsin onun qardaşı - Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Əliqi olması müəyyən edilib və o saxlanılıb.

Abşeron Rayon Polis İdarəsi və Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış zamanı 2 kiloqram 50 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.