-
- 6-01-2022, 13:13
- 1 521
AZƏRBAYCANDA ŞOK HADİSƏ – Qardaşı arvadına çılpaq fotolar göndərən şəxs belə cəzalandırıldı
Gəncə Ağır Cinayətlər Məhkəməsində bu il martın 25-də axşam saatlarında Gəncə şəhəri Ü.Hacıbəyli küçəsindəki binanın həyətində 2 nəfəri bıçaqlayan 1994-cü il təvəllüdlü N.Qurbanov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, N.Qurbanov barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən 2 və ya daha çox şəxsin sağlamlığına ağır zərər vurma) maddəsi ilə açılmış işin istintaqı zamanı məlum olub ki, münaqişə onun bacısının qaynı S.Dadaşovun bacısına əxlaqsız təklif etməsindən sonra baş verib.
Belə ki, 31 yaşlı S.Dadaşov qardaşının arvadı N.D-ya vatsap proqramı vasitəsilə yazmağa, ona çılpaq qadın şəkilləri, özünün yarıçılpaq fotolarını göndərərək əxlaqsız təkliflər etməyə başlayıb. N.D bu barədə ailə üzvlərinə bildirib. Lakin S.Dadaşov gəlinin ona şər atdığını deyib. N.D telefonuna gələn ismarışları göstərəndən sonra münaqişə daha da qızışıb. Onun həyat yoldaşı 29 yaşlı O.Dadaşov da qardaşının tərəfini tutub. Bundan sonra N.D atasının evinə gedib. Oraya qardaşı S.Dadaşovla gələn O.Dadaşov qayınatası ilə dalaşıb. Bundan sonra N.Qurbanov bacısının həyat yoldaşına və onun qardaşına bıçaqla hücum edərək zərbələr endirib.
Məhkəmədə şahid kimi ifadə verən N.D qaynının ona əxlaqsız təkliflər etdiyini bildirib: “Bir neçə il əvvəl O.Dadaşovla ailə qurmuşam. 2021-ci ilin mart ayından başlayaraq qaynım S.Dadaşov mənə mesaj yazaraq əxlaqsız təkliflər etməyə başladı, yarıçılpaq qadın şəkilləri göndərirdi. Məndən ona öz şəklimi göndərməyimi və yazdığı mesajları silməyimi deyirdi. Mən də qaynımın yazdığı mesajları silmirdim, sübut kimi qalması üçün telefonun ekran şəklini çəkərək qohumum Könülə (ad şərtidir) göndərirdim və bu barədə anama dedim. Anam S.Dadaşova irad bildirəndə o, mənə əxlaqsız təkliflər etmədiyini, mesajları guya məni yoxlamaq üçün yazdığını dedi və həyat yoldaşımı, yəni qardaşını çağırdı. Yoldaşım gələndə qaynımın yazdığı mesajları ona göstərdik. O da mesajların qurğu olduğunu, qardaşına şər atdığımızı deyib telefonu sındırdı. Bundan sonra atamla yoldaşım arasında mübahisə yarandı, qardaşım da onları evdən çıxardı və həyətə düşdülər. Bir qədər sonra həyat yoldaşım yenidən gələrək məni aparmaq istəyəndə atam və anam ona mane olmağa çalışdı. O.Dadaşov da validenlərimi vurdu. Qardaşım da əsəbiləşdi və həyətə düşdülər”.
Məhkəmədə Dadaşov qardaşları N.Qurbanovdan şikayətçi olmadıqlarını, onunla barışdıqlarını bildiriblər və onun azadlığa buraxılmasını xahiş ediblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda tərəflərin barışması, N.Qurbanovun səmimi peşman olması və hadisədən sonra onlara tibbi yardım göstərməsi, ilk dəfə məhkum olunması və sair nəzərə alınaraq o, sınaq müddəti təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıb.