DİN-dən şagirdləri döyən direktorla bağlı açıqlama
    • 6-01-2022, 16:40
    • 529

DİN-dən şagirdləri döyən direktorla bağlı açıqlama

Daxili işlər Nazirliyi Bakıda şagirdləri döyən məktəb direktoru ilə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, hadisə nəzarətə götürülüb:

"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".