Təhsil Nazirliyi:
    • 6-01-2022, 17:21
    • 628

Təhsil Nazirliyi: "Şagirdin döyülməsi “Məktəblinin dostu” tərəfindən müəyyən edilib"

Bu gün onlayn və sosial mediada Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü yayımlanıb.
 

Məlum hadisəylə bağlı Təhsil Nazirliyindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdin döyülməsi halı həmin məktəbdə fəaliyyət göstərən “Məktəblinin dostu” tərəfindən müəyyən edilib. 

“Məktəblinin dostu” ümumi təhsil müəssisələrində şagirdlərə qarşı zorakılıq halları ilə bağlı mübarizə aparır. 

Təhsil Nazirliyi müəllimin fəaliyyətinə uyğun olmayan belə halların yolverilməz olduğunu bir daha vurğulayır.