-
- 2-07-2019, 12:22
- 1 404
32 məktəbdə şagirdlər üçün ödənişsiz “Yay məktəbi” keçiriləcək
Şagirdlər üçün “Yay məktəbi” Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə “Yay məktəbi”nə start verilib.
“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” V və VI siniflər üçün iyul ayında, VII və VIII siniflər üçün isə avqust ayında keçiriləcək. Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbdə “Yay məktəbi” keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” zamanı 2000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.
“Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsini əhatə edir.
Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, hər hansı fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.