Abşeronda ev və maşın yandı
    • 6-01-2022, 19:14
    • 320

Abşeronda ev və maşın yandı

Abşeronda evdə yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 132 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda dayanan "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.