Ötən il  55 jurnalist öldürülüb
    • 7-01-2022, 12:29
    • 408

Ötən il 55 jurnalist öldürülüb

2021-ci ildə 55 jurnalist öldürülüb.

News24.az xəbər verir ki, bu barədə YUNESKO-nun baş direktoru Odri Azule məlumat verib. 

O bildirib ki, jurnalistika hələ də ən təhlükəli peşələrdən biridir: "YUNESKO-nun məlumatına görə, 2021-ci ildə dünyada 55 jurnalist və media işçisi öldürülüb. Bu, son on ildə mətbuat mənsublarının öldüyü ən aşağı göstəricidir. Bununla belə, jurnalistlər hələ də böyük risklərlə üzləşirlər və onlara qarşı törədilmiş bir çox cinayətlərin üstü açılmamış qalır".

O vurğulayıb ki, bu gün pandemiya və iqtisadi təlatümlər dövründə dünyanın müstəqil və doğru məlumatlara hər zamankindən daha çox ehtiyacı var.

Statistikaya əsasən, 23 jurnalist Asiya-Sakit Okean hövzəsi və 14 media işçisi Latın Amerikası və Karib hövzəsi ərazisində öldürülüb.