-
- 8-01-2022, 13:43
- 1 105
Bakıda kişi xəstəxanada işləyən xanımını HƏKİMƏ QISQANDI - Saçından tutub sürüdü
Mehdiabad qəsəbəsində yerləşən Gənclər şəhərciyində həyat yoldaşını döyən Kəlbəcər sakini, 1973-cü il təvəllüdlü Arif Kamranov (şərti soyad) barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş açılıb.
News24.az-ın məlumatına görə, A.Kamranovun noyabrın 28-də yaşadığı evdə həyat yoldaşı Səbinəni (şərti) döyməsindən sonra qadın polisə müraciət edib.
Araşdırma zamanı məlum olub ki, əri tərəfindən döyülən qadın xəstəxanada qeydiyyatçı işləyir və bir neçə gün əvvəl ona ixtisara düşməsi və özünə başqa iş tapması barədə məlumat verilib. Bundan sonra, Səbinə işlədiyi xəstəxananın keçmiş baş həkimi, hazırda digər xəstəxanada çalışan həmyerlisi Nəsimi (şərti adlı) ilə əlaqə saxlayaraq ondan iş istəyib. Bunu öyrənən Arif həyat yoldaşının Nəsimi həkimlə münasibətinin olmasından şübhələnərək onu döyüb.
Cinayət işi üzrə Abşeron rayon Məhkəməsində araşdırma aparılıb. Məhkəmədə ifadə verən 1974-cü il təvəllüdlü Səbinə Kamranova Arifin ikinci həyat yoldaşı olduğunu deyib və ərinin onu qısqanclıq zəminində döydüyünü bildirib: “Ariflə 2015-ci ildə ailə həyatı qurmuşam, XXXXX Xəstəxanasında qeydiyyatçı işləyirəm, sonradan ixtisara düşəcəyim barədə mənə xəbərdarlıq edildiyindən özümə yeni iş yeri axtarmağa başlamışdım. Buna görə də o, əvvəllər XXXXX-nın baş həkimi işləmiş həmyerlim Nəsimi həkimə zəng edərək iş axtardığımı bildirdim və ondan məni yanında işlə təmin etməsini xahiş etdim. Nəsimi həkim isə cavabında hazırda VVVVV xəstəxanada işlədiyini, lakin orada vakansiya olmadığını və münasib iş imkanı olan kimi ona xəbər verəcəyini dedi. 28.1 1.2021-ci il tarixdə, saat 14 radələrində evdə bacım Dilbərlə söhbət edən zaman Nəsimi həkimin yanında işə düzəlmə ehtimalımın olduğunu bildirdim. Həmin vaxt söhbətə qulaq asan ərim Arif isə mənə Nəsimi ilə işləməyə icazə verməyəcəyini dedi. Mən isə öz növbəmdə Arifdən bunun səbəbini soruşdum və xeyli təkiddən sonra Arif mənim Nəsimi ilə yaxın münasibətdə olduğumu bildirdiklərini, eləcə də bəzi yaxın qohumlarının mənim əxlaqsız olduğumu dediklərini dedi. Özü də həmin fikirlərə dəstək verərək bu səbəbdən Nəsiminin yanında işləməyimə qəti surətdə icazə verməyəcəyini dedi.Bu mövzuda davam edən söhbət zamanı aramzda mübahisə yarandı və baş vermiş mübahisə zamanı Arif ilk əvvəl saçımdan tutub dartaraq məni yerə yıxıb sürüdü, davamında isə qarın və bel nahiyələrimə yumruq, təpik zərbələri vurmağa başladı. Həmin vaxt Arifin təpik zərbələrindən biri sol ayağımın pəncəsinə dəydiyindən ayaq barmaqlarım qatlandı. Bu zaman məni bacım Dilbər çətinliklə Arifin əlindən aldı. Həmin gün özümü çox pis hiss etdiyimdən və sol ayağımın barmağı şişdiyindən, eləcə də bədənimdə güclü ağrılar olduğundan baş vermiş hadisə barədə məlumat verə bilmədim. Lakin ertəsi gün DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək şikayət etdim. Arifdən şikayətçiyəm və ona cəza verilməsini xahiş edirəm”.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs həyat yoldaşını Nəsimi həkimə qısqanması səbəbindən onu döydüyünü etiraf edib. O əlavə edib ki, Səbinə boşanmaq bahasına da olsa, Nəsiminin yanında işləyəcəyini bildirib və onun ilk evliliyindən olan körpə qız nəvəsini söyüb. Arif Kamranov arvadının əxlaqsızlıq etməsi ilə bağlı deyilənləri isə təkzib edib.
Məhkəmədə ekspertiza rəyi tədqiq edilərkən Arifi həyat yoldaşna həqiqətən zərbələr endirərək ona xəsarət yetirməsi təsdiqini tapıb.
Məhkəmə prosesinin sonunda A.Kamranov Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona elektron bilərzik taxılıb, həmçinin üzərinə Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulub.