Tokayev Rəhmonla danışdı
    • 8-01-2022, 16:19
    • 442

Tokayev Rəhmonla danışdı

Tacikistan prezidenti Emoməli Rəhmon qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə Qazaxıstandakı vəziyyəti müzakirə edib. 

News24.az-ın Ria Novosti-yə istinadla verdiyi məlumata görə, bu haqda ölkə rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Qazaxıstandakı vəziyyət ətraflı müzakirə edilib.

Tokayev Rəhmonu ölkəsindəki vəziyyət, sülh və əmin-amanlığın bərqərar edilməsi üçün həyata keçirilən tədbirlər, habelə ölkədə baş verən faciəvi hadisələrin əsas səbəbkarlarının son məqsədləri barədə ətraflı məlumatlandırıb.