Daşkəsəndə qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olundu
    • 9-01-2022, 10:38
    • 462

Daşkəsəndə qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olundu

Daşkəsəndə qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan News24.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qabaqtəpə kənd sakini Amil Məmmədovdan 1 ədəd “TOZ-16” markalı, qoşa lüləli ov tüfəngi aşkar edərək götürüb.

Hazırda faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.