Azərbaycanda qızıl və pulları götürüb evdən gedən gəlin görün harada tapıldı
    • 11-01-2022, 11:08
    • 1 089

Azərbaycanda qızıl və pulları götürüb evdən gedən gəlin görün harada tapıldı

Şəmkirdə itkin düşən qadın tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşları rayon sakini Gülbəsti Qurbanovanın itkin düşməsi ilə bağlı keçirdikləri müvafiq tədbirlərlə sonuncu Şirvan şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Güldəsti Qurbanovanın qayınanasının sözlərinə görə, gəlini evdən qaçan zaman qızıl-zinət əşyalarını və evdə olan pulu da özü ilə aparıb.