Dünən şəhid olan Ayazın tabutu evində xonçalarla qarşılandı – ŞOK VİDEO
    • 12-01-2022, 10:32
    • 675

Dünən şəhid olan Ayazın tabutu evində xonçalarla qarşılandı – ŞOK VİDEO

Ermənistan Ordusunun dünən Kəlbəcər istiqamətində etdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlunun şəhid olması barədə xəbər vermişdik.

News24.az-ın məlumatına görə, şəhidin cənazəsi doğulub böyüdüyü Tovuzun Bozalqanlı kəndindəki evinə gətirilib. Qatı duman və soyuq havanın olmasına baxmayaraq evin qarşısına minlərlə insan toplaşıb. Subay olan 24 yaşlı Ayazın ailəsi onun tabutunu evin qarşısına sərdikləri qırmızı xalı və toy xonçaları ilə qarşılayıb.

Qeyd edək ki, şəhid Ayaz Nəzərov ailədə 3 uşaqdan biri olub. Onun bacısı 6 il əvvəl toyundan bir neçə gün sonra intihar edib.