Bu, Röyanın qara PR-ı deyil... - FOTOLAR
    • 29-11-2018, 12:14
    • 1 099

Bu, Röyanın qara PR-ı deyil... - FOTOLAR

Hər addımı - etdiyi olay olan əməkdar artist Röya Ayxanın sosial media hesabında gipsli əli ilə dodaqlarını boyaması bir çoxunu təəccübləndirib. 

Zədə almış əlini rahat şəkildə hərəkət etdirməsi ucbatından bəziləri onun qəza məsələsini uydurduğunu zənn edib. Hətta qəzadan sonra paylaşdığı videogörüntülərdə də Azərbaycanın starının az qala rəqs edərkən sol əlini oynatması insanların duyuq düşməyinə və qəzanın "düzməcə" olduğunu düşünmələrinə rəvac verib. Düşünürlər ki, bütün bunlar Röyanın yeni klipinin təqdimatı öncəsi apardığı növbəti PR-dır. Amma belə deyil...

Müğənninin avtomobil qəzasına uğraması həqiqətdir. Bu barədə ilkin tibbi yardım göstərilən klinikadan da xəbəri təstiqləyiblər. Sadəcə Röya qəza zamanı yüngül xəsarət alıb - sol əlini hərəkət etdirə biləcək dərəcədə biləyi yüngülvari əzilib, çıxığı, sınığı yoxdur. 

Bilənlər bilir ki, Röya Ayxan solaxaydır. Əllə görüləcək istənilən hərəkətləri sol əli ilə görməyə bir növ "məhkumdur" - problem o qədər də ciddi deyilsə.

Azər NƏSİBOV