İsmayıllı sakinindən odlu silah götürüldü
    • 12-01-2022, 18:33
    • 310

İsmayıllı sakinindən odlu silah götürüldü

İsmayıllı sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Fikrət Əsgərovdan qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunub və qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.