Kürdəmir bazarındakı geyim mağazasında narkotik satan şəxs tutulub - FOTOLAR
    • 29-11-2018, 12:40
    • 677

Kürdəmir bazarındakı geyim mağazasında narkotik satan şəxs tutulub - FOTOLAR

Kürdəmir rayonunda narkotik maddələrin alğı-satqısı ilə məşğul olan şəxs tutulub.

Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri operativ və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini Elnur Fərhad oğlu Əlizadə bazarda işlətdiyi geyim mağazasında narkotik maddələri satarkən iş başında yaxalanıb.
O, bu işlə artıq bir ildir məşğul olduğunu etiraf edib və onun işlətdiyi geyim mağazasındakı paltarların arasında gizlədilmiş 7 ədəd kağıza bükülmüş heroin, 1 ədəd kibrit qutusunda marixuana, eləcə də müxtəlif psixotrop tərkibli həblər aşkar edilərək götrülüb. Bundan başqa, E.Əlizadə polis şöbəsinə gətrildikdən sonra onun üzərinə baxış keçirilib və onun üstündən narkotik maddələrin satışından əldə edilmiş 500 manat aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 
Qeyd edək ki, E.Əlizadə əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb edilib. 

//Report