Sülhməramlıların Qazaxıstandakı missiyası başa çatdı
    • 13-01-2022, 12:30
    • 443

Sülhməramlıların Qazaxıstandakı missiyası başa çatdı

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb”.

News24.az xəbər verir ki, bunu KTMT sülhməramlıları kontingentinin komandanı, general-polkovnik Andrey Serdükov söyləyib.

O, sülhməramlıların qısa müddətdə vətəndaşların təhlükəsizliyini təmin etdiyini, vəziyyətin sabitləşməsinə yardımçı olduğunu və həyati vacib obyektlərin fasiləsiz işləməsini təmin etdiyini vurğulayıb.

Qeyd edək ki, bu gündən KTMT sülhməramlılarının Qazaxıstandan çıxması prosesi başlayacaq. Prosesin 10 günə tamamlanacağı gözlənilir.
Yanvarın 13-də sülhməramlı kontingentin Qazaxıstan ərazisindən mərhələli şəkildə çıxarılmasına başlanılıb və bu, bir neçə gün davam edəcək.