Qarabağdakı sülhməramlıların rəhbəri yenə dəyişir
    • 11-01-2022, 10:48
    • 983

Qarabağdakı sülhməramlıların rəhbəri yenə dəyişir

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

Nesws24.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bildirilib ki, komandirin dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir və işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.

Xatırladaq ki, 2021-ci ilin sentyabrından Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini Rusiya qəhrəmanı, general-leytenant Gennadi Anaşkin icra edir.