Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana göndərəcəyi sülhməramlıların göstərəciyi fəaliyyəti açıqlanıb.
News24.az "RİA"-ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov sülhməramlıların ölkədə hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak edəcəklərini deyib.
KTMT-nin qərargahından isə quruma üzv dövlətlərin liderləri Qazaxıstanda göndəriləcək sülhməramlıların tərkibini, strukturunu və sayını müəyyənləşdirəcəyi bildirilib.