-
- 14-01-2022, 15:22
- 536
Azərbaycanda polis əməkdaşı dəhşətli qəza törətdi – HƏKİM ÖLDÜ
Balakən şəhərində 62 yaşlı Bəxtiyar Osmanovun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Heydər Əliyev prospektində rayon sakini 1989-cu il təvəllüdlü Faiq Həşimovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə piyadanı vurub öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış işin araşdırılması zamanı bəzi məqamlar üzə çıxıb.
Bəlli olub ki, Bəxtiyar Osmanov rayonda tanınmış həkim-stomatoloqlardan biridir və hadisə baş verən gün dostları ilə yeyib-içib. O, daha sonra Mustafa adlı şəxsin “Nissan” markalı avtomobili ilə “Nəzrin” şadlıq evinin qarşısına gəlib və maşından düşüb. Bu zaman sərxoş halda yolu keçməyə çalşan piyada F.Həşimovun sürdüyü avtomobilin zərbəsinə tuş gəlib.
Bildirilib ki, hadisəni törədən sürücü polis serjantıdır və Balakən rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində çalışır. O, ailəli, 1 uşaq atasıdır və hadisə zamanı piyada qəfil onun saatda 50 kilometr sürətlə sürdüyü avtomobilin qarşısına çıxıb. Bu səbəbdən qəzadan yayınmaq mümkün olmayıb.
Hadisədən dərhal sonra Faiq Həşimov maşından düşərək yaralıya kömək edib onun Zaqatala Rayon Mərkəzi Xəstəxanasına göndərilməsinə kömək edib. Zərərçəkən tərəf məhkəmədə hadisəni törədən sürücüdən şikayətçi olmayıb.
Balakən rayon Məhkəməsinin qərarı ilə sürücü 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.