-
- 14-01-2022, 16:12
- 713
"Məhsuldarlığı yüksək səviyyəyə qaldırmaq üçün su resurslarımız kifayət deyil"
"Biz hər il orta hesabla 2 milyon ton buğda istehsal edirik. Orta hesabla 1.3 milyon ton buğdanı da idxal edirik. Bizim özümüzü buğda ilə təmin etməyimiz 59-60 faiz civarındadır".
Bunu News24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşına açıqlamasında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
O bildirib ki, idxaldan asılılığımız təxminən 40 faizdən yuxarıdır: "Ancaq un sənayesinin tələbatı üzrə buğdadan asılılıq daha yüksəkdir".
Direktor taxıl və buğda istehsalında dünya bazarından asılılığın səbəblərini belə izah edib: "Həm təbii resurs problemləri, həm də iqtisadi səbəblər var. Bizim Avstraliya, ABŞ, Rusiya, Qazaxıstan, Ukrayna kimi geniş miqyasda torpaq resurslarımız yoxdur. Eyni zamanda, məhsuldarlığı yüksək səviyyəyə qaldırmaq üçün su resurslarımız kifayət deyil. Demək olar ki, buğda əkimlərinin 60 faizdən yuxarısını ya süni suvarma olmadan reallaşdırılan dəmyədə əkirik, ya da suvarma problemləri olan ərazidə əkirik. Bu da məhsuldarlığı qaldırmağa imkan vermir. Məsələn, biz müasir texnologiyaların tətbiq edildiyi ərazilərdə 50-60 sentner nəticə əldə edirik. Cəlilabad, Şəki, Qobustan kimi taxılçılıq regionlarımızda bu göstərici 12,15, 20 sentner arasındadır. Nəticə etibarilə bizim orta hesabla məhsuldarlığımız 31-32 sentnerdir".
F.Fikrətzadə əlavə edib ki, iqlim resursları uyğunsuzluğu da problemə yol açan bir səbəbdir: "May-iyun aylarında buğdanın yetişmə dövrü başlayır. Həmin ərəfədə istilər kəskin düşəndə yetişmə prosesi məcburi başa çatır. Ancaq dəndolma prosesi tam yekunlaşmadığı üçün məhsulun tərkibindəki keyfiyyət göstəriciləri də aşağı düşür. Beləliklə, həm məhsuldarlıq, həm də keyfiyyət göstəriciləri aşağı olur. Məsələn, Rusiyada eyni dövrdə iqlim imkan verir ki, proses normal şəkildə başa çatsın.
Bizim 1,3 milyon ton buğda kəsrimiz var. Fermerlərimiz istehsal etdikləri buğdanın un sənayesinin tələbatına uyğun olmasında çox da maraqlı deyillər. Çünki çox rahat satış şərtləri var. Yəni istədikləri qiymətə rahatlıqla satış həyata keçirirlər. Fermerlərin un sənayesinin onların buğdasını bəyənib-bəyənməməsi ilə bağlı narahatlığı yoxdur. Çünki fermerlər yem bazasını qurub, ət istehsalının 98 faizini, süd istehsalının isə 96 faizini təmin edirlər.
Digər bir səbəb isə odur ki, buğda istehsalı bütün dünyada, o cümlədən Azərbaycanda ən aşağı mənfəətliyi olan sahədir. 1 hektar buğdadan orta hesabla 400-600 manat mənfəət əldə olunur. Müqayisə üçün bildirək ki, bu məbləğ qarğıdalıda 1200-1500, yoncada 1200-1300, günəbaxanda 800-900, pambıqda 1000-1500 manat, tərəvəzlərdə isə 10 dəfələrlə artıq rəqəmdir. Taxıl istehsalı aşağı mənfəətli sektor olduğu üçün Azərbaycan dövlətinin verdiyi subsidiyalar fermerləri bu prosesdə maraqlı olmağa təşviq edir. Bizim hesablamalar göstərir ki, dövlətin aqrar sahəyə ayırdığı subsidiyalar taxılçılıqda və buğda istehsalında xərclərin 40 faizdən yuxarısını kompensasiya edir. Aşağı mənfəətliliyi dövlət bu formada stimullaşdırır.
Biz müstəqilliyimizi əldə edəndə özümüzü buğda ilə təmin etməyimiz 30 faizdən də aşağı idi. Ancaq 7 milyon insanın sayı 10 milyona çatdığı halda belə 30 faizlik təminat 60 faizə çatıb. Paralel olaraq kənd təsərrüfatının digər sahələri də inkişaf edib. Son 20 il ərzində Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri 20 dəfədən çox artıb".
Direktor subsidiya mexanizmləri ilə bağlı düşüncələrini də bölüşüb: "Ölkə başçısı son müşavirədə məhsuldarlığın yüksəldilməsi üçün qarşıda yeni vəzifələr qoydu. Prezident kiçik-orta fermerlərə dəstəklə bağlı məsələlərdə yeni təkmilləşdirmələrə, yanaşmalara ehtiyac olduğunu bəyan etdi. Bu siyasi qərara uyğun olaraq kənd təsərrüfatının dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər formalaşdırılacaq".
F.Fikrətzadə işğaldan azad edilən ərazilərimizin taxıl istehsalı ilə bağlı potensialını da qiymətləndirib: "İşğaldan azad edilən torpaqlarımız kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Orada təxminən 155 min hektarlıq sahə əkin dövriyyəsinə daxil olacaq. Təqribən 100 min hektar sahədə taxıl və buğda əkiləcək. Hesablamalarımıza görə təxminən 200 min tona qədər buğda istehsal olunacaq. Ancaq azad edilən ərazilərimiz heyvandarlıq regionu olduğu üçün oradakı taxıl istehsalı daha çox heyvandarlığın yem bazasını təşkil edəcək. Bu da bizə imkan verəcək ki, ət və süddən özümüzü təmin etmə göstəricilərimiz daha da yüksəlsin".
Məhərrəm ƏLİYEV
FOTO: Nicat NİFTƏLİYEV