Şamaxıda azyaşlı uşaqlar acınacaqlı vəziyyətdə
    • 16-01-2022, 13:59
    • 435

Şamaxıda azyaşlı uşaqlar acınacaqlı vəziyyətdə

Şamaxıda baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov News24.az-a bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar.

Qeyd edilib ki, ilkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.

Xatırladaq ki, azyaşlıların anası koronavirusa yoluxub.