Ova cəhd edən şəxs cəzalandırıldı
    • 18-01-2022, 10:58
    • 393

Ova cəhd edən şəxs cəzalandırıldı

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Milli Parkın “Kiçik körfəz” adlanan ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova News24.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Tarqulu Mirzəyev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.

 “Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.