Qayınatasının həyətində atəş açdı
    • 18-01-2022, 11:55
    • 410

Qayınatasının həyətində atəş açdı

Yanvarın 17-də Göyçayın Çaxırlı kəndindəki evlərin birinin həyətində ev sahibinin kürəkəni xuliqanlıq zəminində tüfəngdən havaya 2 dəfə atəş açıb.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bu barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Şıxalıyev saxlanılıb, ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.