Şamaxıda atəş açan şəxs tutulub
    • 19-08-2020, 13:36
    • 567

Şamaxıda atəş açan şəxs tutulub

Şamaxı Rayon Polis Şöbəsinə avqustun 18-də Nağaraxana kəndi ərazisində kənd sakini E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, sərhal polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.