-
- 18-01-2022, 15:21
- 6 322
Tağıyevin heykəlini hazırlayan Xanlar Əhmədov DANIŞDI: “1 milyard..." – MÜSAHİBƏ
Bu gün Prezident İlham Əliyev Bakı şəhər Səbail rayonu ərazisində neft maqnatı, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışını etdi. Heykəl Bakının ən görkəmli yerlərindən olan İstiqlaliyyət küçəsində - metronun İçərişəhər stansiyasının qarşısında ucaldılıb. Heykəli tanınmış heykəltəraş, xalq rəssamı Xanlar Əhmədov hazırlayıb və o, açılış mərasimində Prezident İlham Əliyevlə birgə iştirak edib.
Xanlar Əhmədov açılış və dövlət başçısıyla görüşü ilə bağlı təəssüratlarını News24.az-la bölüşüb
- Bu gün dövlət başçısı İlham Əliyevin iştirakı ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin müəllifi olduğunuz abidənin açılış mərasimi baş tutdu. Təəssüratlarınız necədir?
- Təbii ki, təəssüratlarım gözəldir. Heykəl prezidentin çox xoşuna gəldi.
- Heykəl üzərində neçə müddət idi işləyirdiniz?
- Müsabiqə elan edildi, mənim işim qəbul olundu. Müsabiqədə 26 müəllif iştirak edirdi. Əslində heykəl 2020-ci ilin mart ayında, Novruz bayramında qoyulmalı idi. Mən də həmin müddətə görə işləyirdim. Daha sonra pandemiya və müharibə şəraitinə görə, iş uzandı. Şükür olsun ki, iş bu gün yerindədir və açılışı oldu.
- Bu Sizin dövlət başçısı ilə ilk görüşünüz idi?
- Xeyr, bir neçə dəfə görüşümüz olub. Amma məhz heykəl açılışında ilk görüşümüz idi.
- Görüş zamanı dövlət başçısı Sizə nə dedi?
- Təşəkkür etdi. Xoşuna gəldiyini dedi. Bildirdi ki, qarşıda hələ çox işlərimiz olacaq. Mən də güllələnmiş heykəllərin açılışının məhz onun tərəfindən baş tutduğuna şad olduğumu bildirdim.
- Xanlar bəy, Siz adını tarixə xeyriyyəçi kimi yazmağı bacaran Hacı Zeynalabdin Tağıyevin heykəlini hazırlamısınız. Bu vaxta qədər əl işləriniz çox olub. Hacı Zeynalabdin Tağıyevin heykəlini düzəldərkən hansı çətinliklərlə rastlaşdınız?
- Heç bir çətinliyim olmadı. Çünki bu obraz üzərində 10 il bundan qabaq görkəmli şəxsiyyətlərin heykəllərini hazırlayan zaman işləmişəm. Fikrim var idi ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin heykəllərindən ibarət fərdi sərgi hazırlayım, amma görürəm ki, bu iş uzanır. Maşallah o qədər görkəmli şəxsiyyətlərimiz var ki, buna ömür bəs edəcək, ya yox bu sual altındadır. Amma mən işləyirəm, dayanmıram. Bu silsilə üzərində iş davam edir. Qeyd edim ki, nədənsə bu silsiləni məhz Hacı Zeynalabdin Tağıyevin heykəli ilə başlamışdım.
- Niyə heykəl hündür pyedestal üzərində qoyulmayıb?
- Belə bir nəzəriyyəni özündə ifadə edir ki, xalqa daha yaxındır, xalqın içindədir. Yəni əvvəlcədən pyedestal nəzərdə tutulmuşdu, sonra belə qərara gəlindi...
- Heykəldə xeyriyyəçilik missiyasını aşılayan hansı nüansı göstərmisiniz?
- Bu dram əsəri deyil ki, nə isə yazım. Fikir versəniz heykəl heç nəyə və heç yerə baxmır, çox uzaqlara baxır. Gözü nə yuxarı, nə də aşağı baxmır. Bununla da bilinir ki, bu insan uzaq görən olub. Belə nüanslar var. Mən etdiyim fikirlər bir başqa, heykələ baxan isə başqa fikirdə ola bilər. Onun dayanmağı, duruşu, əlindəki əsası, papağı, təsbehi Azərbaycan kişisinə xas olan elementlərdir.
- Tənqidlərə açıqsınız?
- Mən hər şeyə açığam.
- Həmkarlarınız tənqid etsə necə reaksiya verəcəksiniz?
- Normal. Hərənin öz fikri var.
- Dövlət başçısı növbəti heykəlin kimə məxsus olacağını demədi? Ümumiyyətlə, Sizin nəzərdə tutduğunuz, arzuladığınız növbəti əsərinizin harada qoyulmasını istərdiniz?
- O məndən asılı deyil. Cənab prezidentin səlahiyyətindədir.
- Xanlar müəllim, Sizin heykəlləriniz arasında Ümummili lider Heydər Əliyevin heykəli varmı?
- Əlbəttə ki, var. Çoxdur.
- İstərdinizmi həmin heykəllər də qoyulsun?
- Bilirsinizmi, rəssam, heykəltəraş işi başlamışdan öncə arzu edir ki, işi qoyulsun. Heç kim boş-boşuna iş görmür. Hamı arzularla yaşayır. Heykəlin qoyulmasını nəzərdə tutaraq işləyirlər. O cümlədən mən də.
- Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması təqribi olaraq neçəyə başa gəldi? Smeta dəyəri nə qədərdir?
- 1 milyard manat (Gülür). Çox normal qiymətə həll olundu. Bunu açıqlamağın mənası yoxdur.
- Sirr deyilsə bu iş üçün qonorarınızı açıqlaya bilərsinizmi?
- Bu sirrdir. Musiqiçidən belə toya neçəyə getdiyini soruşanda demir. Yəni hər şey normaldır. Nə çox, nə də az lazımdır.
- Siz peşəkar mütəxəsissiniz. Azərbaycanda böyük səs-küyə səbəb olan heykəllərdən biri də Tokay Məmmədovun işi olan Koroğlunun heykəlidir. Həmin heykəlin yenisinin hazırlanması Sizə həvalə olunsa, edərsinizmi?
- Əlbəttə. Peşəkar heykəltəraş üçün işi götürmək və işləməyin heç bir problemi yoxdur. İstər adam heykəli olsun, istərsə də at.
- Necə hesab edirsiniz, o heykəl başqasıyla əvəz olunmalıdırmı, ya yox?
- O da mənim səlahiyyətimdə deyil, amma heykəli bəyənmirəm.
- Niyə bəyənmirsiniz? Siz də heykəldə Koroğlunun atdan böyük olduğunu düşünürsünüz?
- Əlbəttə, o da var. Misal üçün mənə həvalə olunsaydı, o heykəli başqa cür işləyərdim. Şəxsən mən görmək istədiyimi orada görmədim.
- Bir neçə il bundan əvvəl söhbətlərimizin birində Bakıda heykəllərdən ibarət parkın tikilməsi arzusunu dilə gətirmişdiniz. Bu arzunuzu dövlət başçısına bildirmisinizmi?
- Əgər bu gün o park yoxdursa, bu o demək deyil ki, gerçəkləşməyəcək. Onun da zamanı var. İnanıram ki, zamanı gələcək.
- Vətən müharibəsi şəhidlərimizdən, qəhrəmanlarımızdan kimin heykəlini düzəltmək arzusundasınız?
- Şəhidlərimiz və qəhrəmanlarımız arasında heç bir ayrı-seçkilik yoxdur. Kimi həvalə etsələr həvəslə işləyərəm. Onu da qeyd edim ki, Şirvan şəhərində ilk heykəllərdən birini mən qoydum. O heykəl bayraq sancan əsgərimizin ümumiləşmiş obrazıdır və Şirvan şəhərinin mərkəzində qoyulub.
- General Polad Həşimovun heykəlini hazırlamısınızmı?
- Yox, hazırlamamışam. Hazırda əlimdə başqa işlər olduğu üçün, vaxt ayıra bilmirəm. Amma arzusundayam. Mənim son işlərim Gəncə Dram Teatrının qarşısındakı Cəfər Cabbarlı və Mirzə Fətəli Axundovun heykəldir. Ondan öncəki işim isə Gəncə Dövlət Filarmoniyasının fasadında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və sağlığında ilk heykəli qoyulan Arif Məlikovun heykəlləri yer alıb.