Mahir Emreli məşqlərə başladı - VİDEO
    • 18-01-2022, 15:28
    • 449

Mahir Emreli məşqlərə başladı - VİDEO

Türkiyənin "Başakşehir" futbol klubuna transfer olunan Mahir Emreli Bakıda fərdi şəkildə məşqlərini davam etdirir. 

News24.az xəbər verir ki, hazırda məxsus olduğu Polşa "Legiya"sı ilə arasındakı problemi çözməyə çalışan yığmamızın forvardı məşqsiz qalmır.

Belə ki, Mahir Azərbaycanın tanınmış futbol mütəxəssisi, millimizin bir çox futbolçularına fərdi məşqlər keçmək üzrə ad çıxaran "El Mejor" ilə çalışır. Emreli Türkiyəyə yollanmadan öncə formada qalmaq üçün intensiv məşq edir. /Sportfm.az/

Video Sportfm.az saytına məxsusdu.