Nazarbayev Xalqa müraciət etdi:
    • 18-01-2022, 15:52
    • 444

Nazarbayev Xalqa müraciət etdi: "Prezident səlahiyyətlərimi Tokayevə vermişəm"

"Mənə ünvanlanan çoxsaylı müraciətlərə və KİV-də dərc olunan yazılara cavab olaraq bildirirəm ki, 2019-cu ildə prezident səlahiyyətlərimi Kasım-Jomart Tokayevə vermişəm və o vaxtdan pensiyaçıyam".

News24.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Xalqa müraciətində deyib.

O bildirib ki, hazırda Qazaxıstanın paytaxtında istirahət edir və heç yerə getməyib. 

Nazarbayev vurğulayıb ki, ölkə elitasında heç bir münaqişə və ya qarşıdurma yoxdur. Bu mövzu ilə bağlı bütün fərziyyələr etibarsızdır. 

O, həmçinin əhalini Qazaxıstanın hazırkı prezidentinin təklif etdiyi islahat proqramını dəstəkləməyə çağırıb.