“Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır"- SƏFİR
    • 12-01-2022, 16:08
    • 415

“Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır"- SƏFİR

Sabiq prezident Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır.

News24.az xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov keçirdiyi mətbuat konfransında bildirib.

Səfir Nazarbayevin mətbuat katibi Aidos Ukibayın məlumatına istinad edib.

Nursultan Nazarbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır.

Səfir diqqətə çatdırıb ki, Nazarbayevin dost ölkələrin rəhbərləri ilə bir neçə telefon danışığı olub.

“O, daimi olaraq vəziyyəti izləyir”, - diplomat vurğulayıb.