Qanlı imperiyanın sonunun başlanğıcı – 32 il
    • 19-01-2022, 14:41
    • 647

Qanlı imperiyanın sonunun başlanğıcı – 32 il

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Dövlət Dillər Universitetinin Tələbə və Gənclər Təşkilatı ilə birgə Xalqımızın qürur ünvanına çevrilmiş 20 yanvar hadisələrinin baş verməsinin 32-ci ildönümünə həsr olunan “20 YANVAR – QANLI İMPERİYANIN SONUNUN BAŞLANĞICI” adlı anım tədbiri keçirilib.

News24.az xəbər verir ki, bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin zabit və kursant heyəti, Azərbaycan Dövlət Dillər Universitetinin Tələbə və Gənclər Təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Nəsimi rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri  Bəybala Quliyev, Nəsimi rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının Baş katibi  Orduxan Qəhrəmanzadə, Azərbaycan Dövlət Dillər Universitetinin Tələbə və Gənclər Təşkilatının sədri Elşən Hüseynli, Nəsimi rayon YAP sədri  Azər Süleymanlı, Azərbaycan Dövlət Dillər Universitetinin Tələbə və Gənclər Təşkilatının sədr müavini Nicat Əliyev, Cəbrayıl rayon tarix-diyarşünaslıq  muzeyinin direktoru Aytən Fətullayeva və tədbirdə iştirak edəcək qonaqların məruzələri, çıxışları dinlənilib, “20 yanvar tarixin acısı, qan yaddaşımızdır” adlı qısametrajlı sənədli film nümayiş olunub.