Hərb Tarixi muzeyi “Biz birlikdə güclüyük” adlı tədbir keçirdi - FOTO
    • 24-12-2021, 13:00
    • 587

Hərb Tarixi muzeyi “Biz birlikdə güclüyük” adlı tədbir keçirdi - FOTO

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyi tərəfindən xalqımızın öz tarixi keçmişinə və milli – mənəvi dəyərlərinə ehtiramını əks etdirən -  31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2022-ci ilin gəlişi münasibəti ilə “Biz birlikdə güclüyük!” adlı tədbir keçirilib.

News24.az-ın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin, ali hərbi məktəblərin, hərbi hissələrin zabit heyəti iştirak edib.

Tədbirdə muzey rəisi e.o. polkovnik Əzizağa Qəni-zadənin, Muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun və digər tədbir iştirakçılarının məruzə və çıxışları dinlənilib.

Həmrəylik gününə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb. Tədbirin bədii hissəsində estradamızın tanınmış müğənnilərinin ifasında bayram konserti keçirilib. 

Tədbir təltifetmə mərasimi ilə sonlandırılıb.