Azərbaycanda tanınmış jurnalist dəhşətli qəzaya düşdü – FOTO
    • 21-01-2022, 12:05
    • 240

Azərbaycanda tanınmış jurnalist dəhşətli qəzaya düşdü – FOTO

Tanınmış jurnalist Yusif Məhəmmədoğlunun olduğu avtomobil qəzaya uğrayıb.

News24.az-ın məlumatına görə, jurnalistin olduğu “Chevrolet Niva” markalı avtomobil dünən günorta saatlarında Şamaxı-İsmayıllı yolunda – Muğanlı kəndi yaxınlığında qarlı-buzlu yolda sürüşərək yük maşınına çırpılıb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.

Qeyd edək ki, son 2 gündə ölkənin bir sıra ərazilərinə, xüsusilə dağlıq rayonlara güclü qar yağıb və yollada hərəkət çətinləşib.

Hadisə yerindən çəkilən fotoları təqdim edirik.