Yeni il bayramı gecəsi televizorun səsinə görə dalaşdılar – Vurub sümüyünü sındırdı
    • 24-01-2022, 13:32
    • 651

Yeni il bayramı gecəsi televizorun səsinə görə dalaşdılar – Vurub sümüyünü sındırdı

Dekabrın 31-də - yeni il gecəsi saat 23 radələrində Balakən rayonunda dayının bacısı oğlunu döyməsi faktına görə açılmış cinayət işi üzrə məhkəmə iclası keçirilib.

News24.az xəbər verir ki, Balakən rayon Məhkəməsində keçirilən iclasda məlum olub ki, hadisə televizorun səsinə görə baş verib.

Belə ki, rayonun Hənifə kəndində 1970-ci il təvəllüdlü Həsrət Yaqubov bayramla əlaqədar 2021-ci ildən 2022-ci ilə keçən gecə yeyib-içib. Daha sonra o öz otağına keçib və yüksək televizora yüksək səs verib. Bunu görən və onunla eyni evdə yaşayan Həsrətin bacısı oğlu Araz dayısına irad bildirib və televizorun səsini azaltmağı tələb edib. Bacısı oğlunun sözünə əsəbləşən dayı ona yumruq atıb, lakin yumruq hədəfə dəyməyib. O daha sonra təpiklə Arazın ayağına zərbə endirib. Zərbədən gənc oğlanın ayağında xəsarət yaranıb, onun barmağı sınıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs dayısından şikayətçi olmadığını, bayram gecəsi ayağının ağrısında yata bilmədiyini və buna görə dayısından şikayət etdiyini deyib.

Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsin və cinayət təqibinə xitam verilməsinə qərar verib.