Azərbaycanda faciə: Gənc xanımda xərçəng aşkarlandı, kimyaterapiyadan qayıdanda öldü
    • 28-12-2021, 11:35
    • 696

Azərbaycanda faciə: Gənc xanımda xərçəng aşkarlandı, kimyaterapiyadan qayıdanda öldü

Bu il avqustun 27-də gecə saat 02 radələrində Bakı –Qazax magistralının Hacıqabuldan keçən hissəsində 1981-ci il təvəllüdlü Mehdiyev Zaur Nurəddin oğlunun idarə etdiyi avtomobili qarşıdan gedən “Kamaz”a vurması və daha sonra avtomobilin aşması faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Hacıqabul rayon Məhkəməsində Z.Mehdiyev barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə açılmış işin istintaqı zamanı hadisə nəticəsində sürücünün bacısı, 1973-cü il təvəllüdlü Mehdiyeva Arifə Nurəddin qızının vəfat etməsi, anası Göyçay sakini, 1947-ci il təvəllüdlü Mehdiyeva Mehriban Nizam qızının xəsarət aldığı bildirilib.

Məlum olub ki, Sumqayıt şəhərində yaşayan Zaur onkoloji xəstəliyə düçar olan və Bakıda Milli Onkologiya Mərkəzində kimyaterapiya edilən bacısı Arifəni anası ilə birgə Göyçaya apararkən gecə saat 2-də sükan arxasında yuxuya gedib. Nəticədə onun idarə etdiyi “Mercedes” markalı avtomobil yük maşınına çırpılaraq aşıb. Məhkəmədə qeyd edilib ki, vəfat edən A.Mehdiyeva ötən ilin yanvar ayında ailə qurub, lakin 2 ay sonra onda onkoloji xəstəlik aşkar edilib və müalicəyə başlayıb. Bu müddətdə o, Göyçaya anasının yanına köçüb. Avqustun 27-də baş vermiş qəzada A.Mehdiyeva qardaşı ilə birlikdə ağır xəsarət alaraq Şirvan şəhər Xəstəxanasının reansimasiya şöbəsinə yerləşdiriliblər. Bir müddət reanimasiyada qalsa da, A.Mehdiyeva 3 sentyabrda vəfat edib. Z.Mehdiyev və anasının həyatını xilas etmək mümkün olub.

Məhkəmədə Z.Mehdiyev qəza anaında Hacıqabulun Pirsaat kəndində magistralda hərəkətdə olarkən sükan arxasında yuxuladığını etiraf edib. Məhkəmə onun 3, il 6 ay müddətinə şərti cəzaya məhkum edilməsinə və 1 il sınaq müddətinin təyin edilməsinə qərar verib.