-
- 30-11-2021, 14:23
- 631
Bakıya iş axtarmağa gələn qadın maşının altında qalıb öldü - TƏFƏRRÜAT
Abşeron rayon Məhkəməsində bu il iyulun 21-də saat 22 radələrində Güzdək kəndi ərazisində Naxçıvan şəhər sakini, 1997-ci il təvəllüdlü N.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Quba rayonun Nügədi kənd sakini sakini, 1971-ci ildə Şəlalə Orucovanı vurub öldürməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, məhkəmə piyadanı vurub öldürən avtomobilin sürücüsünün 4 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verib.
Məhkəmədə mərhumun bacısı bildirib ki, hadisə baş verən gün bacısı Şəlalə Orucova Qubadan onlara gəlibmiş və onun məqsədi paytaxtda iş tapıb işləmək olub.
Belə ki, həyat yoldaşı vəfat edən Şəlalə daimi iş axtarmağa çalışıb və hadisə baş verən gün paytaxt ərazisində iş axtarıb. O bacısıgilə qayıdarkən bədbəxt hadisə ilə üzləşib.
Mərhumun bacısı sürücünün onlara dəstək olduğunu və ondan şikayətlərinin olmadığını bildirib.
Təqsirləndirilən sürücü isə hadisə vaxtı piyada hərəkətdə olan Şəlalə Orucovanın fikirli şəkildə yolu keçdiyini, yolun hərəkət hissəsindən çıxmadığğını və çalışsa da, qəzadan yayına bilmədiyini deyib.