-
- 24-01-2022, 16:58
- 667
Naxçıvanda arvadından boşanan şəxs sevgilisini də itirdi – BU ƏMƏLƏ GÖRƏ
Naxçıvan Muxtar Respublikası Babək rayon Məhkəməsində Şahbuz rayon XXXXX kənd sakini, 1993-cü il təvəllüdlü Asim Məmmədli barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
News24.az xəbər verir ki, məhkəmə prosesində məlum olub ki, təqsirləndirilən şəxs bir müddət əvvəl həyat yoldaşından boşanıb və qarşısında 2 körpə övladına aliment ödəmək tələbi qoyulub. Bu müddətdə onun alimentə görə 1260 manat borcı yığılıb və bir dəfə məhkəmə icraçıları ona aliment ödəməklə bağlı xəbərdarlıq edib.
O da məlum olub ki, A.Məmmədli boşandıqdan sonra Babək rayon VVVVV kəndindəki musiqi məktəbində müəllimə işləyən Arzu (şərti adlı) ilə sevgili olub və onlar vaxtaşırı görüşüblər, birgə Naxçıvan şəhərinə gediblər, bəzi hallarda Arzuya məxsus avtomobili Asim idarə edib. Oğurluq hadisəsinə gəlincə, sevgilisini qarşılamaq üçün tez-tez VVVVV kəndinə gedən Asim orada Arzunun yanında Gülmirə adlı qadını görüb və onun üzərindəki qızıl əşya Asimin diqqətini çəkib. Bundan sonra o, həmin qadının tək yaşadığını öyrənib və Gülmirənin evdə olmadığı vaxt mənzilinə daxil olaraq oğurluq etmək fikrinə düşüb. 14 sentyabr 2021-ci ildə o, avtobusla kəndə gələrək qadının evdə olmadığını müəyyənləşdirib və mənzilə daxil olaraq qızıl-zinət əşyalarını və mobil telefonu oğurlayıb.
Bundan sonra Asim Arzu ilə növbəti dəfə Naxçıvan şəhərində görüşüb və ona bildirib ki, boşandığı arvadının qızılları ondadır və satmaqda köməklik göstərsin. Arzu Bilalova (şərti ad-soyad) sevgilisi ilə birgə görünməmək üçün şəhərin mərkəzindəki CAHAN ticarət mərkəzinə tək daxil olaraq sevgilisinin verdiyi qızılları 1400 manata sataraq geri qayıdıb və pulu ona verib. Asim əvvəlcədən Arzudan aldığı 400 manat borcu geri qaytarb, qalan 1000 manatı isə aliment borcunu ödəmək üçün saxlayıb. O, oğurladığı telefonu isə Arzunun bacısı qızına hədiyyə etdiyini deyərək ona verib. Lakin telefon işləməyib. Bundan bir qədər keçdikdən sonra polislər Asimi saxlayaraq istintaqa təhvil verib. O, törətdiyi əməli etiraf edib.
Bütün bu hadisələrdən sonra Arzu sevgi münasibətində olduğu Asimdən ayrılıb və məhkəmədə də onunla əlaqəsini tam kəsdiyini bildirib.
Məhkəmə A.Məmmədlinin ilk dəfə cinayət törətməsini, öhdəliyində 2 azyaşlının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və sair halları nəzərə alaraq ona yüngül cəza verilməsinə qərar verib. Babək rayon Məhkəməsinin hökmü ilə 1993-cü il tvəllüdlü Asim Məmmədli 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə onun cəzasının şərti hesab edilməsinə qərar verib.