-
- 26-01-2022, 16:00
- 833
ABŞ-ın MƏKRLİ PLANI: Fevralda MÜHARİBƏ OLACAQ, Rusiya HƏDƏF ALINDI - ŞƏRH
“Ukrayna-Rusiya qarşıdurmasının müharibə müstəvisinə keçməsi Amerikanın marağındadır. Müharibə olacağı təqdirdə ABŞ silah və pul yardımı edə bilər. Nə ABŞ-ın, nə də Avropanın ordu yardımı olacaq. Bu, birmənalıdır. Dünən Ukraynanın müdafiə naziri Oleksey Reznikov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşə hazır olduğunu bildirib. Ancaq bu görüş Avropanın marağında deyil”.
Bunu News24.az-a açıqlamasında Ukrayna-Rusiya gərginliyini şərh edən politoloq Cümşüd Nuriyev deyib.
Politoloq Ukrayna və Rusiyanı müharibəyə sövq edən səbəblərdən söz açıb: “Avropada generallar müharibənin tərəfdarıdır. Çünki onlar bizdən fərqli olaraq müharibənin içində yox, kənarında qalırlar. Həmin hərbçilər böyük gəlir götürmək istəyirlər. Rusiya və Ukraynada sosial gərginlik var. Ölkələrin idarəsi demək olar ki, nəzarətdən çıxıb. Hər iki tərəfə də müharibə lazımdır. Dövlətlər daha çox güclü olanda müharibəyə meyilli olurlar. Maraqlısı burasındadır ki, hər iki dövlətin güc hakimiyyəti yoxdur, iradə hakimiyyəti var. Onların əsas məqsədi bu qarşıdurmadan yararlanıb, daxildəki sosial gərginliyi müharibə müstəvisinə keçirməkdir.
Ukrayna hakimiyyətinin üzvlərinin çoxu qeyri-peşəkarlardan ibarətdir. Ukraynanın dövlət siyasəti, xüsusilə, hərbi strategiyası qeyri-müəyyəndir. Qərbin əsas məqsədi Krımı geri qaytarmaqdır. Krımda keçirilən referendumun özü hüquqi cəhətdən qeyri-qanunidir. Dünya gücləri çalışır ki, Rusiyanı bu nöqtədən vursun”.
C.Nuriyevin fikrincə, Rusiyan-Çin dueti ciddi narahatlıq yaradıb: “Son 20 ildə Çin dünyanın ən aparıcı dövlətinə çevrilib. Çin Ümumi Daxili Məhsula görə ABŞ-ı da ötüb. Ukrayna-Rusiya qarşıdurmasının müharibə müstəvisinə keçməsi Qərbə və ABŞ-a sərf edir. İki provaslov dövləti qarşı-qarşıya gətirmək istəyirlər. Ukraynada katoliklərin çox olduğunu nəzərə alsaq, ölkəni tamamilə katolikləşdirmək məqsədi var. Rusiyanın Avropada, Cənubi Qafqazda və Orta Asiyadakı nəzarət funksiyasını əlindən almağa çalışırlar. Dünya resurslarının 21 faizi Rusiyaya məxsusdur. Bu müharibə fonunda həmin resurslara ortaq olmaq istəyi var. Digər bir məqsəd isə güclü Rusiya-Çin ikilisini bir-birindən ayırmaqdır.
Bundan əlavə, Dünyanın 100 transmilli korporasiyasının 85-i ABŞ-ın əlindədir. Bu korporasiyaların böyük qismi silah satmaqla məşğuldur. ABŞ-ın köhnə silahlarını satıb, yenilərini istifadəyə verməsi üçün fürsət yaranıb. Amerikanın və Avropanın informasiya maşını çox güclü çalışır. Rusiyanın informasiya maşını isə sadəcə MDB-ə hesablanıb və çox zəifdir. Rusiyanın hazırda 320 milyard pulu var. 20 il ərzində Rusiyada 800 milyard pul oğurlanıb. Bu isə resurslarının 40 faizi deməkdir”.
O qeyd edib ki, müharibə ehtimalı Putinə sərf edir: “Ona və komandasına müharibədə qalib gəlmək və ya məğlub olmaq maraqlı deyil. Çünki öz yerlərini müəyyənləşdiriblər.
Rusiya prezidentinin gündəliyində nə siyasi, nə də iqtisadi islahatlara yer yoxdur, çünki bu onun hakimiyyətini laxladar. Bunun əvəzinə Putin xalqı öz bayrağı altında birləşdirmək üçün müharibə avantürasına girişir. Bütün sadalanan səbəbləri nəzərə alsaq, fevral ayında müharibə ehtimalı yüksəkdir”.