Ukrayna ilə müharibə Rusiyanın çöküşünü sürətləndirəcək - ŞƏRH
    • 10-03-2021, 18:42
    • 521

Ukrayna ilə müharibə Rusiyanın çöküşünü sürətləndirəcək - ŞƏRH

 “Aprel ayında Ukraynada ilk döyüşlər başlaya bilər”.

Bunu News24.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.


O, bildirib ki, Ukrayna və Rusiya arasında qarşıdurma Rusiyanın çöküşünü sürətləndirəcək: “Ola bilsin ki, Rusiya ilk vaxtlarda müəyyən qədər yer işğal etsin, ancaq bir şeyi unutmamalıdır ki, ordusunun hərbi elitası Ukrayna kökənlidir. Hətta Baş Qərargah rəisi belə milliyətcə ukraynalıdır. Onlar öz millətini qırmayacaq. Ermənistanda hərbi çevrilişə cəhd edən Baş Qərargah rəisi Onik Qasparyan kimi Rusiya ordusunda da bir nəfər üzə çıxa bilər. Qafqazdakı hadisələri bir-iki aya proqnozlaşdırmaq olar. Hələlik ciddi bir şey gözləmirəm. Ancaq aprelin axırı və mayın əvvəli hadisələr anidən alovlana bilər. Zənnimcə, Qafqazın bütün geosiyasi xəritəsi dəyişəcək”.  

Siyasət şöbəsi