Aisel bu dəfə "Get" dedi - VİDEO
    • 28-01-2022, 12:26
    • 1 180

Aisel bu dəfə "Get" dedi - VİDEO

Aisel "Get" adlı yeni mahnısını təqdim edib.

Yeniliyi haqda News24.az-a danışan Aisel bildirib ki, "Get" toksik münasibətlərin insanın həyatına təsirindən bəhs edən hekayədir: "Bu halda təəssüf ki vəziyyətdən ən yaxşı çıxış yolu onları bitirməkdir. Emosional olaraq tükəndirən şeyə son qoymaq üçün, özündə güc və cəsarət tapan bir insanın hekayəsdir. İndi o, həqiqətən nə istədiyini və hiss etdiyini başa düşmək üçün tək qalmağa üstünlük verir. Artıq deyilən sözlərə inanmır, bir vaxtlar bu qədər səmimi və yaxın olan hər şey indi tamamilə yad olur. Musiqisi özümə, sözləri Kübra Kərimliyə, aranjımanı isə Emin Kərimə məxsusdur. Mahnının fotosu Orxan Aslanov tərəfindən çəkilib, obraz üzərində isə Murad Vəliyev çalışıb".