-
- 29-01-2022, 14:37
- 454
Bakıda qeydə alınan cinayətlərin sayı açıqlandı
Ötən il Bakıda qeydə alınan cinayətlərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, 2021-ci ildə daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınan 29 327 cinayətin 12 761-i və ya 43,5%-i Bakı şəhəri üzrə olub, açılması 86,3% (+5.4%) təşkil edib.
Həmin cinayətlərin 81,5%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5%-i ağır və xüsusilə ağır növlərdir.
2020-ci illə müqayisədə qəsdən adam öldürməyə cəhdlər 21,7%, qəsdən sağlamlığa ağır zərər vurmalar 7%, oğurluqlar 13,6%, o cümlədən mənzillərdən edilənlər 24,8%, soyğunçuluqlar 38,3%, hədə-qorxu ilə tələb etmələr 4,3%, avtonəqliyyatı qaçırmalar 8,3% azalıb.
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 80,6%-i, şəxsiyyət əleyhinə olanların 97,3%-i, onlardan qəsdən adam öldürmələrin 98,3%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,6%-i açılıb.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalan 180, o cümlədən 38 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib, həmin hüquqazidd əməllərə görə 250 təqsirləndirilən şəxs tutulub. /Report.az/