“Azərbaycanda kitabxanaçılıq təhsili” monoqrafiyası kitabı işıq üzü görüb - FOTO
    • 30-11-2018, 21:00
    • 887

“Azərbaycanda kitabxanaçılıq təhsili” monoqrafiyası kitabı işıq üzü görüb - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq və informasiya fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru dosent Rəşad Qardaşovun “Azərbaycanda kitabxanaçılıq təhsili” kitabı işıq üzü görüb. 

Monoqrafiyada Azərbaycanda kitabxanaçılıq təhsilinin keçdiyi tarixi yola nəzər salınıb, kitabxanaçılıq təhsilinin yaranması, inkişafı və müasir vəziyyəti təhlil edilib.
Azərbaycanda ilk kitabxanaçılıq kurslarından başlayaraq ali kitabxanaçılıq təhsilinə qədər keçilən yol müvafiq fəsil və bölmələrdə şərh edilib. Həmçinin kitabxanaçılıq təhsilinin məzmunu, peşə kompitensiyası, kitabxanaçılıq peşəsinin professioqramması, kitabxanaçılıq təhsilində müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi araşdırılıb. Kitabda eyni zamanda dünya təcrübəsində meydana gələn innovativ meyllər, Azərbaycan kitabxanaçılıq təhsili konteksində başda duran vəzifələr elmi əsaslarla müəyyən edilib. 
Qeyd edək ki, Rəşad Qardaşov 1 monoqrafiyanın, 6 fənn proqramının, 1 tədris-metodiki vəsaitinin müəllifidir. Onun 50-yə yaxın elmi məqalə və tezisi xarici nüfuzlu elmi jurnallarda və məcmuələrdə nəşr olunub. 

//Report